Messinin cəzası məlum oldu

Argentina yığmasının forvardı Lionel Messi 4 rəsmi oyunluq diskvalifikasiya edilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, buna səbəb L. Messinin futbol üzrə Dünya çempionatı – 2018-in seçmə mərhələsində Çili ilə oyunda hakimin köməkçisini təhqir etməsi olub. Bundan başqa, futbolçu 10 min İsveçrə frankı məbləğində cərimələnib. Qeyd edək ki, martın 23-də keçirilmiş Argentina-Çili matçı 1:0 hesabı ilə başa çatıb və oyunda yeganə qolu L. Messi vurub.

DİGƏR XƏBƏRLƏR

Top