Moskva məktəblərində pulsuz halal yeməklər verilə bilər

Moskvadakı məktəblərdə xüsusi dini qidalanma tətbiq edilə bilər. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, Moskva Şəhər Dumasının İctimai birliklər komissiyasının sədri Anton Paleyev bu təşəbbüslə çıxış edib. Təşəbbüs məktəblərdə şagirdlərə oruc, koşer (yəhudilər üçün) və halal pulsuz naharların verilməsini nəzərdə tutur. Deputat bildirib ki, Moskvada təqribən 23 min ailə pravoslav orucuna ciddi əməl edir və həmin ailələrin üzvləri müvafiq yeməyi məktəblərdə ala bilərlər: “Söhbət pulsuz qidalanmadan gedir. Bura koşer, halal və vegeterian (buddistlər üçün) yeməklər də daxil edilə bilər. Menyunun formalaşdırılması üzrə səlahiyyət valideyn komitələrinə verilməlidir. Məcburiyyət olmayacaq”.

Qeyd edək ki, Moskvanın 630 şəhər məktəbində təqribən 870 min şagird təhsil alır. 485 mindən çox şagird (o cümlədən 1-4-cü sinif şagirdləri) pulsuz isti yeməklər alırlar. 2017-ci ildə bu məqsədlə Moskva büdcəsindən 19,8 milyard rubl ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top