Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb. Yanğın binanın sonuncu mərtəbəsində baş verib. Yanğının baş vermə səbəbləri araşdırılır. Qeyd edək ki, yanğın baş vermiş binada Bakı Dövlət Universitetinin (BDU) müəllimləri yaşayır.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub. "Yeniavaz.com"un FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

***

Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır. Yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib. Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar. apa

DİGƏR XƏBƏRLƏR

Top