İrlandiyada kompüter və noutbuk sahiblərinə qarşı vergi tətbiq edilə bilər

İrlandiyada stasionar kompüter və noutbuk sahibləri perspektivdə xoşagəlməz sürprizlə qarşılaşa bilərlər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, ölkədə 50 ildir teleqəbuledicilərə görə vergi alınır. Bu vergi növü ilin sonunadək yerli TV-nin onlayn proqamlarını göstərə biləcək istənilən hesablayıcı tenxikaya şamil edilə bilər. Hazırda İrlandiyanın sınıq olsa belə, televizora malik hər bir sakini hər il dövlət büdcəsinə 160 avro ödəməlidir. Yaşlı insanlar, sosial müdafiəsiz əhali qrupu və korlar bu vergidən azaddırlar. İrlandiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi bu yolla yerli televiziya sənayesinin maliyyə vəziyyətini yaxşılaşdırmağa çalışır. Belə ki, son 10 ildə sakinlər televizora daha az baxırlar və internetdə daha çox vaxt keçirməyə üstünlük verirlər.

DİGƏR XƏBƏRLƏR

Top