“Huawei” şirkəti 3000 dollarlıq telefon istehsal edib

“Huawei” şirkəti 3000 dollar dəyərində qızıl işləməli “P10” modelini təqdim edib. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, telefon 24 karat qızıldan hazırlanıb. Məhdud sayda satışa çıxarılan telefonun arxa hissəsində qızıl təbəqə üzərində almazdan əjdərha dizaynı var. Alıcılar telefonu aldıqda 24 karat qızıl və ya platin seçimlərindən birini edə bilər. Telefon 1920x1080 piksel, 5,1 düym LCD ekrana sahibdir. 8 nüvəli 2,4 GHZ sürətində işləyən telefon HiSilicon Kirin 960 prosessora malikdir. 4GB RAM və 32 GB daxili yaddaşa sahib olan telefon daxili xüsusiyyətlərindən daha çox xarici görkəmi ilə insanları cəlb edir.

DİGƏR XƏBƏRLƏR

Top