Lukaşenko: "Azərbaycan və ya Ermənistanla mübahisə etmək niyyətində deyiləm"

Minsk Azərbaycan və ya Ermənistanla hər hansı məsələ, o cümlədən Lapşinin ekstradisiyası ilə bağlı çəkişməkdə maraqlı olmadığını bəyan edib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Minskdəki səfiri Armen Xaçatryanla görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko deyib: "Biz yaxın ölkələrik və belə də olaraq da qalmaqda davam edəcəyik. Ermənistanın Azərbaycana münasibəti fərqlidir. Amma nə üçün biz buna görə Ermənistan və ya Azərbaycanla münaqişəyə girməli, mübahisə etməliyik? Ola bilsin ki, biz nə vaxtsa hər iki ölkəyə lazım olaq. Ona görə də lazım olmayan, dəvət edilməyən yerə başımı soxmaq nəyimə lazımdır?" .

Lukaşenko Lapşinlə bağlı isə deyib ki, o üç ölkənin vətəndaşıdır və Azərbaycan tərəfindən İnterpol xətti ilə axtarışa verilmişdi: "Lapişin barədə Ermənistan mənə hər hansı bir söz deməyib. Onu burada İnterpol xətti ilə saxladılar. Biz də beynəlxalq qanunlara hörmət edən ölkə kimi onun Azərbaycan ekstradisiyasını təmin etdik. Sonra başladılar bunun ətrafında ajiotaj qaldırmağa. Halbuki Lapşin 3 ölkə vətəndaşıdır və onların heç biri onun müdafiəsinə qalxmadı. Axı xəstə başın ağrısını sağlam başın üzərinə qoymağın heç bir faydası yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top