“Samsung” şirkəti yenilənmiş “Note 7”ni satışa çıxaracaq


“Samsung” şirkəti dəfələrlə baş verən partlama hadisəsindən sonra yenidən “Note 7” smartfonunu satışa çıxaracaq. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, şirkət bu dəfə smartfonu yenilənmiş halda təqdim edəcək. 2016-cı ildə kütləvi partlayış baş verməsinə baxmayaraq bir çox insan hələ də telefonun yenidən satışa çıxarılmasını istəyir. Məlumata görə “Note 7” bu ilin iyun ayında satışa təqdim olunacaq. Telefona olan maraq səviyyəsi araşdırıldıqdan və rəhbərlikdən təsdiq gəldikdən sonra satış tarixi dəqiq açıqlanacaq. Lakin telefonun yeni versiyasının xüsusiyyətləri barədə heç bir məlumat yayılmayıb. Sadəcə batareya tutumunun 3000 mAh-dan 3200 mAh- a qaldırılacağı məlumdur.

DİGƏR XƏBƏRLƏR

Top