40 ölkə BMT-nin nüvə qadağasına qarşı etiraz edəcəklərini bildirib

ABŞ, Rusiya, Çin və İngiltərə də daxil olmaqla təxminən 40 ölkə BMT-nin nüvə qadağasına qarşı etiraz edəcəklərini deyib. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı elçisi Nikki Haley açıqlama verib. O BMT-nin bu qərarına çox sevindiyini deyib: “Bir ana olaraq ailəm üçün nüvəsiz bir dünyadan başqa bir istəyim ola bilməz. Ancaq real düşünmək lazımdır. Şimali Koreyanın bu qadağanı qəbul edəcəyinə inanırsınız?”. ABŞ-ın bu barədəki yanaşması isə yeni deyil. Bundan əvvəl Obama rəhbərliyi zamanında da tərksilaha qarşı olduqları bildirilmişdi. Lakin Tramp rəhbərliyə keçdikdə verdiyi açıqlamada nüvə silahı olmayan bir dünyada daha abad yaşamaq olar deyə bildirmişdi. ABŞ-la yanaşı Çin və Rusiya da danışıqlara qatılmayacağını bildirib. İngiltərənin BMT səfiri Metyu Raykroft İngiltərənin bu barədəki danışıqlarda iştirak etməyəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top