Türkiyədə selofan paketlər qadağan edilir

1 yanvar 2018-ci il tarixindən etibarən Türkiyədə market və mağazalarda selofan paketlər qadağan ediləcək. “Yeniavaz.com”un “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Pərakəndəçilər Federasiyasının İdarə heyətinin sədri Mustafa Altunbilek deyib. Onun sözlərinə görə, müştərilər səbət və bez zənbillərdən istifadəyə təşviq ediləcəklər. M. Altunbilek qeyd edib ki, selofan paket qadağası marketlər və geyim, ayaqqabı kimi bütün mağazaları əhatə edəcək: “Selofan paketlərin təbiətdə çürüyərək yox olması üçün yüz illər lazımdır. Selofan paketdən istifadə həm millətin gələcəyini, həm də insanların sağlamlığını təhlükə altına qoyur”. Sədr əlavə edib ki, selofan paketərin satış yerlərində ödənişli olması istiqamətində 2018-ci ilin əvvəlində qanuna dəyişikliklər ediləcək: “Keçid müddətində müştərilərə karton və ya bez alış-veriş zənbilləri hədiyyə edəcəyik. Hazırda selofan paketin maliyyə xərci müştəridən alınır, qadağa ilə bu xərc aradan qaldırılacaq”.

DİGƏR XƏBƏRLƏR

Top