Türkmənistan Ermənistanla əməkdaşlıqda maraqlıdır

Ermənistanla Türkmənistan arasında əməkdaşlıq imkanları olduqca böyük hesab edilir. "Yeniavaz.com"un panorama.am-a istinadən verdiyi məlumata görə, bu barədə Aşqabadda səfərdə olan Ermənistan baş naziri Karen Karapetyan deyib. Onun sözlərinə görə, Ermənistanla Türkmənistan geniş əməkdaşlıq imkanlarına malikdirlər və bundan səmərəli şəkildə istifadə edilməsi hər iki tərəfin maraqlarına cavab verəcək: "Biz tərəfləri maraqlandıran müxtəlif məsələlələri müzakirə edərək bu qərara gəldik ki, iki ölkə arasında əməkdaşlıq perspektivləri olduqca genişdir. Türkmənistan Ermənistan məhsullarınınm müxtəlif istiqamətlər üzrə ixracı sahəsində fəal əməkdaşlıqda, həmçinin qarşılıqlı şəkildə aviareyslərin təşkilində, bu çərçivədə də Yerevan hava limanının xidmətindən istifadə etməkdə maraqlı olduğunu bildirib. Əminəm ki, Aşqabadda apardığım danışılqar iki ölkə münasibətlərinin inkişafına yeni stimul verəcək".

DİGƏR XƏBƏRLƏR

Top