“Facebook Messenger” bəzi telefonlarda işləməyəcək

“Windows Phone” 8.1 və dada aşağı əməliyyat sistemi ilə işləyən mobil telefonlar “Facebook Messenger”i dəstəkləməyəcək. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Facebook” şirkəti həmin əməliyyat sisteminə sahib telefon istifadəçilərini məsələ ilə bağlı xəbərdar edib. “Windows Phone”dan yararlanan “Facebook Messenger” isitfadəçiləri ümumi istifadəçilərin 1 faizini təşkil edir. “Facebook”un dəstəyini dayandırmasının səbəbi isə təhlükəsizlik problemidir. Digər tərəfdən, “WhatsApp”ın etdiyi kimi “Facebook Messenger” də “Android 2.2 Froyo” əməliyyat sistemi ilə işləyən telefonlara dəstək verməyəcək. Dəstəyin kəsildiyi digər əməliyyat sistemi isə iOS 6.0-dır. Mart ayının sonunadək bu əməliyyat sistemlərindən isitfadə edənlər “Facebook”dan xəbərdarlıq ismarıcı alacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top