Samvel Babayan günahını boynuna almayıb

Gürcüstandan Ermənistana "İqla" zenit -raket kompleksi keçirmək istəyənlərdən biri hazırda həbsdə olan Samvel Babayanla bir yerdə xidmət edib və onun dostudur. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyiməlumata görə, bu barədə mətbuata açıqlamasında Babayanın vəkili Avetis Kalaşyan deyib. Onun sözlərinə görə, Babayanla birgə həbs edilən hərbçi uzun müddət orduda xidmət edib: "Babayanla bu şəxsi şəxsi dostluq əlaqələri birləşdirir. Onlar həm də bir yerdə xidmət ediblər. Amma hələlik Babayanla birgə həbs edilən 2 nəfərin adı mənə məlum deyil".

Vəkil həmçinin Babayanın guya öz günahını qismən boynuna alması barədə mətbuatda yayılan xəbərləri və prokurorluq tərəfindən bununla bağlı verilən bəyanatı da təkzib edib: "Mən prokurorluğun Babayanın günahını boynuna alması ilə bağlı verdiyi bəyanatla razı deyiləm. Prokurorluq Babayanın istintaqa verdiyi ifadəni özü bildiyi kimi yorumlayır".

Avetis Kalaşyan həmçinin Babayanla birgə həbs edilən digər iki nəfərin generalın əleyhinə hər hansı ifadə vermədiklərini və onların üzləşdirilmədiyini də qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top