Bakıda "su qiymətinə" avtomobillər: "VAZ-06" 1100, "Nissan" 3000, "Fiat" 3500 manat

Aprel ayının 4-ü tarixində baş tutacaq növbəti hərracda 14 ədəd nəqliyyat vasitəsi satışa çıxarılacaq. "Yeniavaz.com" Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) açıqlanan məlumata istinadən bildirir ki, satışa çıxarılan avtomobillərdən 8-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə məxsusdur. Bu avtomobillərin arasında ən ucuzu - start qiyməti 750 manat olan 1989-cu il istehsalı olan "ZİL-MMZ-555" markalı avtomobildir. Ən bahalısı isə start qiyməti 3000 manat olan 2005-ci il istehsalı "QAZ-32213-18" markalı avtomobildir.

Pentensiar Xidmətin satışa çıxardığı avtomobillər arasında 2002-ci il istehsalı olan "VAZ-2106" markalı avtomobil də var və bu avtomobil 1100 manatdan satışa çıxarılıb.

Bunlardan başqa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən start qiyməti 3000 manat olan 2005-ci il istehsalı olan "Nissan Altima" markalı avtomobil də satışa çıxarılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə satışa 2 ədəd avtomobil çıxarır. Bunlar 2006-cı il istehsalı olan "Nissan Maxima" və 2007-ci il istehsalı olan "Nissan Sunny" markalı avtomibillərdir. 2006-cı il istehsalı olan avtomobil 4200, 2007-ci il istehsalı olan avtomobil isə 3500 manata təklif olunur.

2007-ci il istehsalı olan iki ədəd "FİAT Doblo" avtomobili Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən hərraca çıxarılır. Bunlarında hər birinin qiyməti 3500 manata bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top