"Məmmədyarovla Nalbandyan Moskvada görüşə bilər"

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ən qısa müddətdə, ola bilsin Moksvada görüşə bilərlər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Yerevanda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri Riçard Hoqland deyib. Onun sözlərinə görə, görüş barədə razılaşma əldə edilib: “İki ölkənin prezidentlərinin görüşünə hazırlıq üçün XİN rəhbərləri bu yaxınlarda, söhbət aylardan getmir, Moskvada və ya başqa yerdə görüşəcək”.

R. Hoqland bildirib ki, martın 28-də rusiyalı və fransalı həmkarları İqor Popov və Stefan Viksonti ilə Azərbaycanın işğal edilmiş bölgəsinə gedəcəklər və orada separatçı rəhbərliklə görüşəcəklər: “Biz hamını variantlarla (nizamlama) tanış etməliyik. Müharibə və zorakılıq problemin həll yolu ola bilməz”.

DİGƏR XƏBƏRLƏR

Top