Merkel bu Avropa ölkəsinin prezidentini ələ saldı

Romada Avropa İttifaqının (Aİ) yaradılmasının 60-cı ildönümü münasibətilə imzalanan Roma bəyannaməsi ilə bağlı keçirilən sammitdə Kiprin prezidenti Nikos Anastasiadisin sənədə qol çəkdiyi iri imza Almaniya kansleri Angela Merkelin lağ etməsinə səbəb olub. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Fransa prezidenti Fransua Ollandı və digər Avropa liderlərini yanına çağıraraq nəhəng imzanı göstərən A. Merkel uzun müddət gülüb. Sammitdə Aİ liderləri ittifaqın quruluş bəyannaməsini yenidən imzalayıblar. Liderlər sıra ilə kürsüyə çıxaraq sənədi imzalayıblar. N. Anastasiadis olduqca böyük yazı ilə bəyannaməni imzalayıb. Tədbirdən sonra kürsüyə yaxınlaşan A. Merkel geniş yerui tutan və üst sıradakı F. Ollandın imzasının üstünü örtən Kipr pezidentinin imzasına gülməyə başlayıb. Liderlər imzayı təbəssümlə qarşılayıblar.

DİGƏR XƏBƏRLƏR

Top