İstirahət üçün Avropanın ən ucuz şəhəri

Kipr adasının Pafos şəhəri Avropanın ən ucuz turizm istiqaməti seçilib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın “Post Office” şirkətinin ekspertlərinin araşdırmasında deyilir. Onlar iki turistin Avropanın müxtəlif yaşayış məntəqələrində otelə (iki gecə qalma), hava limanından şəhərin mərkəzinə gedişə, qida və əyləncəyə çəkdiyi xərcləri hesablayıblar. Məlum olub ki, Pafosda istirahət turistlərə təqribən 160 avroya başa gələcək. Reytinqin ikinci və üçüncü yerlərini müvafiq olaraq Vilnüs (162 avro) və Riqa (173 avro) tuturlar. İlk onluğa, həmçinin Varşava, Budapeşt, Krakov, Lissabon, Praqa, Afina və Palma-de-Mayorka daxil edilib. Eksperlət turistlər üçün bahalı Avropa şəhərini də müəyyən ediblər. Bu, 737 avro ilə İslandiyanın paytaxtı Reykyavik şəhəridir.

DİGƏR XƏBƏRLƏR

Top