"Qarabağ münaqişəsinin həllinə münasibətdə həmsədr ölkələr arasında fikir ayrılıqları yoxdur"

Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin yenidən danışıqlar masası arxasına qayıtmaq üçün siyasi iradə nümayiş etdirmələrindən asılırdı. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bunu Yerevanda jurnalistlərə açıqlamasında ATƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədriRiçard Hoqland deyib: "Münaqişənin həlli ilə bağlı hər hansı qərar qəbul etmək siyasi rəhbərlərin və xalqların işidir. Onlar necə yaşamalarını özləri həll etməlidirlər. Bununla bağlı planımız var. Ona görə də danışıqlar masası arxasına qayıtmağın vaxtı çatıb. Biz istəyirik ki, bağlı qapılar açılsın və və o həmişə də açıq qalsın. Beynəlxalq məsələlərə münasibətdə ölkələrimiz arasında fikir ayrılıqları olsa da, Qarabağ münaqişəsinin həllinə münasibətdə həmsədr dövlətlər arasında fikir ayrılıqlar yoxdur. Biz bu məsələdə həmrəyik və birgə işləyirik. Mən buna görə çox şadam".

Hoqland aprel döyüşləri ərəfəsində danışqıların bərpa edilməsi barədə tərəflərə müraciət etdiklərini və iki ölkə prezidentlərinin görüşünü təşk,l etmək üçün iş apardıqlarını da vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top