Toya gəlmədiyi üçün məhkəmə kimisə cəzalandıra bilərmi? - VƏKİLDƏN ŞƏRH

Bu gün bir çox saytlarda "Toyuna gəlməyənləri məhkəməyə verir - Azərbaycanda" adlı xəbər yayımlandı. Bəs hüquqi cəhətdən bu mümkündürmü? Yəni toya gəlmədiyi üçün məhkəmə kimisə cəzalandra bilərmi? "Yeniavaz.com"un bu mövzuda suallarını Azəbaycan Republikası Vəkillər Kollegiyasının üzvü vəkil Elnur Əliyev cavablandırıb. Bildirib ki, toya gəlməməyə görə kiminsə haqqında məhkəməyə müraciət etmək absurddur: "Bu şox absurd bir fikirdir. Elə bir şey olarmı, toya gəlmədiyinə görə kimisə məhkəməyə verəsən? Toya çağırılan adamın hüququ olaraq heç bir öhdəliyi yoxdur. Toy el adətidir. Toy edən ailəyə kömək etmək üçün salınan pul "nəmər adlandırılır", el adətidi. Amma məcburi deyil. İnsanlar toya çağırılır ki, hamı yeni ailə həyatı quran cütlüyün evliliyinə şahidlik etsin, həm də ailənin sevincinə şərik olsun. Yoxsa gəlməmisən deyə kimisə məhkəməyə vermək qanuni baxımdan real deyil. Bu normal davranış deyil. Qanunvericilikdə belə bir qanun pozuntusu yoxdur. Çünki toya getmək hüquqi yolla tənzimlənmir, bir könüllük məsələsidir. Toy sahibi vətəndaşla qabaqcadan toya gəlməsi ilə bağlı öhdəlik müqaviləsi bağlamır ki, sonra da bu müqavilə pozulub deyə kimisə məhkəməyə versin. Hər kəsin məhkəməyə müraciət etmək hüququ var. Həmin vətəndaş da məhkəməyə müraciət edə bilər. Bütün hallarda məhkəmə verilən iddialara baxmalıdır. Sadəcə, iddia tələbi əsassız olacaq".

Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top