Gürcüstan Avropa Birliyinə üzv olmaq üçün fəaliyyət planı hazırlayıb

Gürcüstan Xarici işlər nazirliyi Avropa Birliyi (AB) ilə vizasız gediş-gəlişin qüvvəyə minməsini önəmli hadisə adlandıraraq bunun adı çəkilən quruma üzvlük istiqamətində atılan ciddi addım hesab edildiyini bildirib. “Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, vizasız gediş- gəlişin Gürcüstanın AB ilə sıx inteqrasiyaya yol açacağını qeyd edən Xarici işlər nazirliyi bunun Abxaziya və Cənubi Osetiyada yaşayanların da Avropaya sərbəst şəkildə gediş-gəlişinə imkan verəcəyini qeyd edib: "Gürcüstan Avropa Birliyinin üzvü olmaq niyyətindədir. Bununla əlaədar 6 maddədən ibarət fəaliyyət planı hazırlanıb. Bunun üçün Gürcüstanın AB ilə inteqrasiyasına imkan verəcək islahatlar həyata keçiriləcək və hüquqi baza yaradılacaq. Biz AB-yə üzv olmağımıza imkan verəcək fəaliyyət planını tam şəkildə həyata keçirməyə çalışacağıq və bunun üçün böyük potensiala malikik".

DİGƏR XƏBƏRLƏR

Top