Bankomatdan pul çıxaranda itirilən məbləğlər - EKSPERTLƏR ŞƏRH EDİR

Bir çox insan pulunu bankomatdan plastik kartla nağd şəklində çıxarır. Əgər bir bankın kartı ilə, başqa bankın bankomatından pul çıxarılırsa, bu zaman yüksək faizli xidmət haqqı tutulur. Yəni bunu banklar göstərdikləri xidmət haqqı kimi dəyərləndirirlər. Bu məbləğlər isə bankdan banka dəyişir və bir çox hallarda çox yüksək olur. İtirən isə vətəndaşlar olurlar.

Mövzu ilə bağlı ekspertlərin münasibətini öyrəndik.

"Xarici ölkələrdə maliyyə xidmətləri üzrə istehlakçıların hüquqularının müdafiəsi haqqında qanunvericilik var və orada müəyyən limitlər var". Bunu hüquqşünas Əkrəm Həsənov dedi. Onun sözlərinə görə, bizdə təəssüf ki, belə qanunvericilik yoxdur: "Banklar haqqında" Qanunun 36-cı maddəsində yazılıb ki, banklar istədikləri şərtləri müəyyənləşdirə bilərlər. Ona görə də banlar da istədikləri şərtləri formalaşdırırlar və formal olaraq heç bir qanunu müəyyənləşdirmirlər. Yəni istədikləri komissiya haqqı tətbiq edə bilirlər. O vaxta kimi ki, dövlət bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik etməyəcək o zamana kimi təəssüf ki, belə də davam edəcək".

"Dövlət ümumi qaydalar qoymalıdır"

İqtisadçı ekspert Akif Nəsirli isə sualımızı belə şərh etdi: "İndiki qayda ondan ibarətdir ki, istənilən vətəndaş aldığı pensiya kartı hansı banka məxsusdursa. o bankdan pulu çıxarsa. heç bir faiz tutulmamalıdır. Bir bankın kartı ilə başqa bankdan pul çıxarırsa, bu halda müəyyən faiz tutulur. Hazırda belədir, ancaq əslində bu doğru deyil. Mən təklif edərdim ki, bu tenderlər ümümi şəkildə keçirilsə, daha yaxşı olardı. Ümümi seçilməlidir. Hökumət bu gün elan etməlidir ki, vətəndaşlara ödənilən vəsaitlərin çatdırlması üçün tender keçirirəm. O zaman sənətlər verilməlidir və tutaq ki, on bank seçilməlidir. On bankın hamısı vətəndaşlara eyni qaydada xidmət etməlidir. Yəni, "Kapital bank" müştərisinə necə xidmət göstərirsə, eləcə də "Beynəlxalq bank" və digər banklar da elə etməlidir. Dövlət ümumi qaydalar qoymalıdır, dünya təcrübəsində belədir. Dünya təcrübəsində var ki, tenderdə seçilən banklar bir-birinin kartlarına qarşı eyni xidmət göstərirlər".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top