Erməni politoloq Putin və ətrafındakıları siyasi cinayətlərdə günahlandırıb

Putin və ətrafındakılar kriminal-siyasi problemə çevriliblər. "Yeniavaz.com"un 1in.am- istinadən verdiyi məlumata görə bunu Ermənistan Beynəlxalq Əlaqələr və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Ruben Mehrabyan Rusiya mətbuatına açıqlamasında deyib. O Kiyevdə Rusiya dövlət Dumasının keçmiş deputatının öldürülməsini siyasi cinayət, dövlət terroru adlandırıb və onun arxasında Rusiyanın dayanması barədə deyilənlərin əsassız olmadığını vurğulayıb. Xəstəxanada ölən qatilin cibində onun şəxsiyyətini müəyyən edən sənədin olmasına diqqəti cəlb edən Mehrabyan dünya tarixində belə hadisəyə bu günə kimi rast gəlinmədiyini qeyd edib: "Biz son illər Litvinenkonun, Boris Nemtsovun, Boris Berezovskinin öldürülməsini, NATO-ya üzv olmaq istəyən Balkan ölkələrində terror aktlarının həyata keçirilməsi cəhdlərini nəzərə alanda terrorun dövlət səviyyəsinə qaldırıldığının şahidi oluruq. Mən belə hesab edirəm ki, Putin və ətrafındakılar siyasi problemləri cinayətkar siyasi problemlərə çevirən idarədir. Üstəlik nəzərə alsaq ki, bütün bunlar 10 milyardlarla dollar çirkli pulları yumaq üçün transmilli korrupsiyaçı şəbəkə və mütəşəkkil cinayətkarlıqla sıx əlaqədədir, onda bu amilin Avropanın təhlükəsizliyi üçün bir nömrəli problemə çevrildiyini söyləmək olar".

DİGƏR XƏBƏRLƏR

Top