Suriya böhranı Moskvada müzakirə olunacaq


Martın 29-da Türkiyə və Rusiya Xarici İşlər Nazirliyi nümayəndələrinin iştirakı ilə iclas keçiriləcək. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, Moskvada keçiriləcək iclas əsasən Suriya ilə bağlı olacaq. İclasda Suriyada davam edən vətəndaş müharibəsi müzakirə olunacaq. Həmçinin Moskvanın PYD (Demokratik Birlik Partiyası) ilə əməkdaşlığı da müzakirə olunacaq. Suriyada planlaşdırılan siyasi keçid prosesinin də müzakirə olunması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top