Yəməndə ölən uşaqların sayı iki qat artıb

3 ildir vətəndaş müharibəsinin hökm sürdüyü Yəməndə ölən, yaralanan və müharibəyə cəlb edilən azyaşlı uşaqların sayı bir ildə iki qat artıb. Bu barədə Birləşmiş Millətlər Uşaqlara Kömək Fondu (UNİCEF) açıqlama verib. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, açıqlamada bir ildə ölən uşaqların sayının 900-dən 1500-ə, yaralananların sayının isə 1300-dən 2450-ə çatdığı məlum olub. Həmçinin müharibəyə göndərilən uşaqların sayı isə 850-dən 1580-ə çatıb. Orta şərqin ən kasıb ölkəsi olan Yəməndə əhalinin 80%-I humanitar yardıma möhtac şəkildə yaşayır. Azyaşlı qızlar isə yetkinlik yaşına çatmamış evləndirilir. Yaranan qarşıdurmalar ölkədə qıtlıq təhlükəsi yaradıb. Qeyd edək ki, ölkədə 106 nəfər kəskin bağırsaq və vəbadan həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top