Rusiyalı manyak 20 ildə 84 qadın öldürüb

Rusiyanın Anqarsk şəhərindən olan silsilə qətllər törətmiş Mixail Popkova qarşı daha 60 cinayətdə ittiham irəli sürülüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 2015-ci ilin yanvarında məhkəmə 22 qətl və 2 sui-qəsd törətdiyinə görə M. Popkovu ömürlük azadlıqdan məhrum edib. Hökm verildikdən sonra manyak yeni cinayətlərdə əli olduğunu etiraf edib və təhqiqat yeni cinayət işi çərçivəsində davam edib. İstintaq Komitəsinin məlumatına görə, M. Popkov 20 il ərzində İrkutsk bölgəsi ərazisində ən azı 84 qətl törədib. Onun öldürdüyü qadınların yaşı 16-40 arasında dəyişir. Keçmiş milis işçisi olan M. Popkov 2012-ci ildə Vladivostokda saxlanılıb. Onun avtomobilinin izləri manyakın qurbanının olduğu yerdə aşkarlanıb. Təhqiqat zamanı yüzlərlə şahid dindirlib və 200-dən artıq ekspertiza aparılıb. Cinayət işinin həcmi 300-dən artıq tom təşkil edir. Anqarsk manyakının məhkəməsinin 2017-ci ilin noyabrında və ya dekabrında başlayacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top