Son 1 ildə Azərbaycan əhalisi nə qədər kasıblayıb? - RƏSMİ MƏLUMAT

Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri 4 milyard 926 milyon manata bərabər olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinin açıqladığı məlumata istinadən bildirir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

Məlumat üçün bildirək ki, bu son illərdə qeydə alınan ən aşağı göstərici hesab olunur. Son 17 ildə pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyərinin artım tempi belə olub:

Rəqəmlərdən də göründüyü kimi, əvvəlki illərlə müqayisədə əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə azalıb. Müqayisəni dollar ifadəsində apardığımız zaman isə əhalinin alıcılıq qabiliyyətinin ötən illə müqayisədə aşağı düşdüyü görülür. Belə ki, ötən ilin yanvar-fevral aylarında dolların orta məzənnəsi 1,55 manat səviyyəsində olub. Bu isə o deməkdir ki, 2016-cı ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri 2 milyard 747,2 milyon dollara (4 milyard 258,2 milyon manat) bərabər olub. Bu ilin yanvar-fevral aylarında isə dolların orta məzənnəsi 1,80 manat səviyyəsində olub. Belə olan halda, bu ilin ilk 2 ayı ərzində pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri 2 milyard 736,6 milyon dollara (4 milyard 926 milyon manat) bərabər olub. Göründüyü kimi, əhali ötən ilin ilk 2 ayı ilə müqayisədə bu ilin ilk 2 ayı ərzində pərakəndə ticarət şəbəkəsindən 10,6 milyon dollar dəyərində daha az məhsul alıb.

Komitənin açıqladığı məlumatda həmçinin qeyd olunur ki, ticarət dövriyyəsinin 2,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2016-cı ilin yanvar-fevral aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,5 faiz və 2,3 faiz üstələyib. Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi elektrik malları və mebelin, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının 11,7 faizi hüquqi şəxs statuslu müəssisələr, 54,2 faizi fərdi sahibkarlar tərəfindən, 34,1 faizi isə bazar və yarmarkalarda satılıb.

DİGƏR XƏBƏRLƏR

Top