Yığma komandamız Avropa çempionatında iştirak edəcək

2-8 aprel tarixlərində Xorvatiyanın Split şəhərində ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) "Yeniavaz.com"a verilən məlumata görə, yarışda 42 ölkədən 324 atlet (144 qadın və 180 kişi) iştirak edəcək. Azərbaycan yığma komandası da yarışda çıxış edərək medal mübarizəsi aparacaq.

Komandamızın heyəti ilə aşağıda tanış ola bilərsiniz:

Məmmədli Məhəmməd (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılov (94 kq).

DİGƏR XƏBƏRLƏR

Top