"Türkiyə-Avropa Birliyi münasibətlərinin gərginləşməsi Ermənistana yaxşı heç nə vəd etmir"

Türkiyə ilə Avropa Birliyi (AB) arasındakı münasibətlərdə soyuq müharibənin başlaması Ermənistanı narahat edir. "Yeniavaz.com"un tert.am-a istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında erməni politoloq Varujan Qeqamyan deyib. Onun sözlərinə görə, bu amil Türkiyə -Ermənistan münasibətlərinə də zərbə vuracaq: "Türkiyə iilə Avropa Birliyi arasında davam edən gərginlik Ermənistana da öz mənfi təsirini göstərəcək. Çünki Avropa Birliyi Türkiyə-Ermənistan münasibətlərinin normallaşadırılmasında vasitəçi rolunda çıxış edirdi. İndi isə faktiki olaraq Ermənistan Türkiyə qarşısında tək qalacaq və vəziyyətdən çıxış yolu tapmağa çalışacaq. Nəhayət Avropa Birliyi ilə Ankara arasındakı gərginlik Türkiyədə yaşayan etnik azlıqlara , xüsusən də ermənilərə pis günlər vəd edir. Belə ki, əgər əvvəllər Türkiyə AB-ya üzv olmaq üçün hər il adı çəkilən quruma ölkədəki etnik azlıqların hüquqlarının necə qorunması barədə hesabat verirdisə, artıq indi bu olmayacaq. Ona görə də yaxın vaxtlarda Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasını gözləməyə dəyməz".

DİGƏR XƏBƏRLƏR

Top