Ronaldo millinin heyətində ən çox Ermənistana qol vurub

Portuqaliya millisinin forvardı Kriştiano Ronaldo futbol üzrə Dünya çempionatı – 2108-in seçmə məhrələsində evdə Macarıstanla oyunda (3:0) 2 qol vurmaqla Avropa yığmalarının ən yaxşı bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib. “Yeniavaz.com”un “Sportsu.ru” saytına istinadən verdiyi məlumata görə, K. Ronaldo millinin heyətində qollarının sayını 70-ə çatdırıb. Bunlardan 12-si dubl, 3-ü het-trik və 1-i pokerdir. Forvard qollarının 5-ni Ermənistana vurub, hər birinə 4 qol vurmaqla Andorra, Estoniya, Hollandiya və İsveçi məyus edib. Portuqaliyalı ulduz 33 müxtəlif komandya qol vurub, lakin Fransa, İspaniya, Almaniya, İtaliya və İngiltərənin qapısından qol keçirə bilməyib.

Avropa yığmalarının ən yaxşı 10 snayperi:

1. Ferents Puşkaş (Macarıstan/İspaniya) - 84 qol (89 oyuna)

2. Şandor Koçiş (Macarıstan) - 75 (68)

3. Miroslav Kloze (Almaniya) - 71 (137)

4. Kriştiano Ronaldo (Portuqaliya) - 70 (137)

5. Herd Müller (Almaniya) - 68 (62)

6. Robbi Kin (İrlandiya) - 68 (146)

7. Zlatan İbrahimoviç (İsveç) - 62 (116)

8. İmre Şlosser (Macarıstan) - 59 (68)

9. David Vilya (İspaniya) - 59 (97)

10. Yan Koller (Çexiya) - 55 (91)

DİGƏR XƏBƏRLƏR

Top