Ərdoğana ağır itki üz verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ağır itki üz verib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, R.T. Ərdoğanın xalası oğlu Mehmet Aydoğan vəfat edib. O, böyrək çatışmazlığından əziyyət çəkirdi. M. Aydoğan 2 ay əvvəl Ege Universitetinin Tibb fakültəsinin xəstəxanasında böyrək transplantasiyası əməliyyatı keçirib. Uğurla əməliyyat olunan mərhum xəstəxandan buraxılmışdı. Lakin bir neçə gün əvvəl M. Aydoğan yüksək qızdırma şikayətilə yenidən eyni xəstəxanaya yerləşdirilib. M. Aydoğan bu gün yerli vaxtıa 09:30-da müalicə aldığı xəstəxanada dünyasnı dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top