“Türkiyədəki miqrantlar arasında ermənilər də var”

Türkiyədəki 3,5 milyon miqrantdan 3 milyonu suriyalıdır. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş nazirinin müavini Veysi Kaynak deyib. Onun sözlərinə görə, miqrantlar arasında əfqan, iraqlı, fələstinli, liviyalı, misirli, gürcüstanlı, erməni və ahıska türkləri də var. V. Kaynak qeyd edib ki, İranda təqribən qanunsuz 3 milyon miqrant var və onlar Türkiyəyə doğru istiqamət almağa hazırlaşırlar: “Onların çoxu əfqandır. Sanki İran dövləti miqrantların Türkiyəyə gəlməsinə göz yumur. İran tərəfindən təkcə 2016-cı ildə Iğdır və Ağrı vilayətlərinə 30 min qanunsuz miqrant keçib. Onlar barədə müvafiq tədbirlər görüldü”.

DİGƏR XƏBƏRLƏR

Top