Bakıda şirkət rəhbərini avtomobil vuraraq öldürüb FOTO

Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində “Cherry” markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.

Qeyd edək ki, avtomobilin vurduğu şəxs “Akademi Group” şirkətinin rəhbəri Razi Vəliyev olub.

Belə ki, yolu keçərkən sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. O, hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Xatırladaq ki, Razi Vəliyev təhsil sahəsində tanınmış şəxslərdən biri olub. O, Azərbaycanda təhsil sərgilərinin təşkilatçısı kimi tanınıb.

Allah rəhmət eləsin!

olke.az

DİGƏR XƏBƏRLƏR

Top