Bakıda qadın sürücü ağır qəza törətdi… FOTOLAR

Qaradağ rayonu ərazisində – Sədərək Ticarət Mərkəzi qarşısındakı Astara-Bakı istiqamətindəki magistral yolunda qəza baş verib.

Turkustan.info-nun hadisə yerində olan müxbirinin xəbərinə görə "Ford” markalı sərnişin daşıyan avtomobil ilə "Mercedes-Benz” minik avtomobili tək tərəfli yolda toqquşublar.

Hadisə yerinə gələn FHN və Təcili Tibbi Yardım nümayəndələri hər iki avtomobildə ağır yaralanan sərnişinləri çıxararaq xəstəxanaya aparıblar.

Toqquşma nəticəsində çevrilərək aşan "Ford” markalı sərnişin daşıyan avtomobilin içindəki sərnişinlər daha ağır xəsarət alıblar.

Hadisə Mercedes avtomobilinin təhlükəli ötmə əməliyyatı nəticəsində baş verib. Avtomobilin sürücüsü qadın olub.

DİGƏR XƏBƏRLƏR

Top