Yanğınsöndürən köpəyə süni nəfəs verərək ölümdən xilas etdi

ABŞ-ın Kaliforniya ştatında yanğınsöndürən evdən xilas etdiyi köpəyə süni nəfəs verərək 20 dəqiqə sonra onu həyata qaytarıb. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, Endryu Klayn adlı yanğınsöndürən öldüyü güman edilən köpək üçün “Mən pozitiv insanam, canlandırmağı sınayaq” deyərək süni nəfəs verməyə başlayıb. E. Klyand 20 dəqiqə davam edən səylərindən sonra 10 yaşındakı köpəyi ölümdən xilas edə bilib. O, yanan binada köpəyi görən kimi dərhal onu götürüb bayıra çıxmağın, kiçik köpəklərə isə vaxtında müdaxilə etməyin vacibliyini vurğulayıb. Xatırladaq ki, bir neçə ay əvvəl Rumıniyada da bir yanğınsöndürən köpəyə süni nəfəs verərək heyvanı ölümdən xilas etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top