Türkiyənin 4 futbolçusu millinin düşərgəsini tərk edib

Moldova ilə yoldaşlıq görüşünə hazırlaşan Türkiyə milli komandasının düşərgəsini 4 futbolçu tərk edib. Volkan Şen, Volkan Babacan və Ömer Toprak baş məşqçi Fatih Terimin icazəsi ilə komandadan ayrılıblar. Gökhan Gönülün isə Finlandiya ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçında aldığı zədənin ciddi olduğu müəyyənləşib. Ona müalicəsini klubunda davam etdirməsi məsləhət görülüb. Qeyd edək ki, martın 27-də Eskişehirdə keçiriləcək Türkiyə - Moldova matçı Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top