Tramp Yunkerlə Tusku səhv salıb

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku səhv salıb. APA-nın məlumatına görə, bu barədə Jan-Klod Yunker "Financial Times" qəzetinə müsahibəsində bildirib. "O (Tramp - red.) Tuskla telefonda danışırdı, lakin mənimlə danışdığını düşünürdü. Tarixdə ilk dəfə olaraq elə bir təəssürat yanaır ki, sanki ABŞ prezidentini Avropa maraqlandırmır", - deyə Avropa Komissiyasının rəhbəri qeyd edib. "Financial Times" isə qeyd edir ki, gələn ay Yunker ABŞ-a səfər etməyi planlaşdırır.Apa

DİGƏR XƏBƏRLƏR

Top