Azərbaycanda oğurluq və dələduzluq edən qadınların sayı kəskin artıb – RƏSMİ MƏLUMAT

İl ərzində cinayət törədən qadınların sayı 1128 nəfər olub və bunların 137-si oğurluq, 126-sı isə dələduzluq edib. “Yeniavaz.com” Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəriciyə istinadən bildirir ki, oğurluq və dələduzluq edən qadınların sayı 5 il – 2011-2015-ci illər ərzində kəskin şəkildə artıb. Belə ki, oğurluq edən qadınların sayı 5 il ərzində 41% və 40 nəfər artaraq 97 nəfərdə 137-yə, dələduzluq edən qadınların sayı isə 2 dəfə və ya 65 nəfər artaraq 61 nəfərdən 126 nəfərə yüksəlib. Komitənin məlumatında həmçinin qeyd olunur ki, qadınlar ən az soyğunçuluq, quldurluq və rüşvətxorluq cinayətləri törədiblər. İl ərzində 4 qadın soyğunçuluq, 5 qadın rüşvətxorluq, 6 qadın isə quldurluq cinayəti törədib. Bunlardan başqa 60 qadın xuliqanlıq, 13 qadın isə qəsdən adam öldürmə cinayəti törədib.

DİGƏR XƏBƏRLƏR

Top