Gürcüstandan Azərbaycana qaz zərbəsi

Gürcüstan yanvar-fevral aylarında Rusiyadan 100 milyon kubmetr qaz aldığını rəsmi şəkildə etiraf edib. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Gürcüstanın Energetika nazirinin müavini Mariam Valişvili deyib: "Ayın əvvəlində "Şahdəniz`lə bağlı problem ortaya çıxdı və nəticədə 2-3 gün ərzində Azərbaycandan qaz məhdud şəkildə ölkəmizə daxil oldu. Bunu nəzərə alaraq əhalinin qazla təminində problem olmasın deyə alternativ yollardan istifadə etdik. Bu məqsədlə də "Qazprom-eksport"dan əlavə qaz aldıq. Eyni zamanda Gürcüstan daxili ehtiyacları üçün yanvar-fevral aylarında Rusiyadan 100 milyon kubmetr qaz alıb".

Valişvilinin bu açıqlaması Gürcüstan Energetika naziri Kaladzenin qaz alqı-satqısı barədə bu ilin əvvəllərində Minskdə Rusiya ilə razılığa gəlməsi barədə deyilənləri təsdiq etmiş oldu. Xatırladaq ki, Gürcüstanda əhalinin böyük hissəsi Rusiyadan asılı vəziyyətə düşməmək üçün "Qazprom"dan qaz alınmasına qarşı çıxır və buna dəfələrlə etiraz aksiyaları ilə cavab veriblər.

DİGƏR XƏBƏRLƏR

Top