"Beşiktaş"ın 1 milyon avroya aldığı erməni futbolçu işə yaramayıb

Türkiyənin "Beşiktaş" klubu mövsümün sonunda Ermənistan milli komandasının futbolçusu Aras Özbilislə yollarını ayıracaq. Buna səbəb 27 yaşlı yarımmüdafiəçinin uzun müddət zədəli olması və ümidləri doğrultmamasıdır.

2015-c ilin yanvarında Moskvanın "Spartak" klubundan 1 milyon avro qarşılığında İstanbul təmsilçisinə transfer olunan və İspaniyanın "Rayo Valyekano" klubuna icarəyə verilən A.Özbilisin cari mövsümdə 5 görüşdə forma geyinməsi "Beşiktaş" rəhbərliyini qane etmir. Bu səbəbdən erməni futbolçu komandadan göndəriləcək. Qeyd edək ki, A.Özbilisin "Beşiktaş"la 2020-ci ilə qədər müqaviləsi var. report

DİGƏR XƏBƏRLƏR

Top