Azərbaycan Gürcüstana məhsul ixracını 42% artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 146 mln. 044,9 min dollar təşkil edib. Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikaya görə, bu, ötən ilin iki ayı ilə müqayisədə 43 mln. 517,7 min dollar və ya 42,44% çoxdur. Gürcüstanın xarici ticarət dövriyyəsinin 10,3%-i Azərbaycanın payına düşür. Ötən iki ay ərzində Gürcüstandan Azərbaycana 18 mln. 494,1 min dollar məbləğində məhsul ixrac edilib ki, bu da illik ifadədə 8 mln. 391,2 min dollar və ya 83,06% çoxdur. Gürcüstanın ixracının 5,2%-i Azərbaycanın payına düşür.

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 127 mln. 550,8 min dollar dəyərində məhsul idxal edib ki, bu da 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 35 mln. 126,5 min dollar və ya 38% çoxdur. Gürcüstanın idxalının 12% Azərbaycanın payına düşür. apa

DİGƏR XƏBƏRLƏR

Top