“Facebook” və “Google” reklamdan 106 milyard dollar qazanacaqlar

Texnoloji nəhənglər “Facebook” və “Google” bu il dünyanın rəqəmsal reklam bazarında liderliklərini qoruyacaqlar. “Yeniavaz.com”un “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, “eMarketer” araşdırma şirkətinin proqnozunda bildirilir ki, “Google” 2017-ci ildə reklamdan 72,69 milyard dollar gəlir əldə edəcək. “Facebook”da isə bu rəqəm 33,76 milyard təşkil edəcək. Ümumilikdə bu, bütün dünyada rəqəmsal reklam üzrə xərclərin məbləğinin 46,4 faizi deməkdir. 2017-ci ildə reklamverənlərin rəqəmsal format üzrə ümumdünya xərcləri 17,4 faiz artaraq 583,91 milyard dollara çatacaq, bu da ümumi reklam büdcəsinin 38,3 faizini təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top