İlham Əliyev pakistanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Pakistanın milli bayramı - Pakistan Günü münasibətilə bu ölkənin prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.

Təbrikdə Azərbaycanla Pakistanı ortaq mənəvi dəyərlərdən qaynaqlanan möhkəm dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyi vurğulanıb: “Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz xalqlarımızın iradəsini bariz şəkildə ifadə edir.

Bu yaxınlarda ölkənizə etdiyim səfəri, keçirdiyimiz görüşü, apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin daim möhkəmləndirilməsi və inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top