"Okean Holdınq" Ermənistana 100 milyon dollar sərmayə qoyacaq

Birləşmiş Ərəb Əmirliklərinin "Okean Holdinq" kompaniyası Ermənistanda günəş stansiyasının inşasına 100 milyon dollar sərmayə qoyacaq. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu barədə razılıq Əbu-Dabidə keçirilən Ermənistan- Birləşmiş Ərəb Əmirlikləri investisiya forumunda əldə edilib. Razılaşmaya əsasən "Okean Holdinq" Ermənistana investisiyanı bir neçə mərhələdə qoyacaq. Əvvəlcə BƏƏ kompaniyası Ermənistanda 100-120 meqavatt gücü olan fotovolt stansiyası inşa edəcək. Sonra stansiyanın tam gücü ilə işləməsini təmin edəcək digər tədbirlər həyata keçiriləcək. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan hazırda BƏƏ-də rəsmi səfərdədir. Ermənistan-BƏƏ investisiya sərgisi də Sarkisyan və BƏƏ silahlı qüvvələri baş komandanının müavini Şeyx Məhəmməd ibn Zayd əl Naxayyanın təşəbbüsü ilə baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top