Avstriya ölkəni könüllü tərk edəcək hər qaçqına 1000 avro verəcək

Avstriyanın Daxili İşlər Nazirliyi (DİN) yaxın illər ərzində respublika ərazisini könüllü tərk edəcək ilk 1000 qaçqının hər birinə 1000 avro ayırmağı təklif edib. “Yeniavaz.com”un “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Avstriyanın daxili işlər naziri Volfqanq Sobotka deib. O bildirib ki, bu məbləğ ərizilərinə bu ilin martın 15-dən baxılan qaçqınlara təqdim ediləcək: “Təşəbbüs yalnız Afrika və Yaxın Şərqdən olan mühacirlərə şamil ediləcək”. Nazirlik hesab edir ki, sığınacaq verilməkdə imtina edilən 50 min qaçqın Avstriya ərazisini 2019-cu ilədək tərk etməlidir. Ölkə Miqrasiya Xidmətinin məlumatına görə, ötən il Avstriyanı 10 min qaçqın tərk edib, onların yarısı bunu könüllü edib.

DİGƏR XƏBƏRLƏR

Top