"Titanik”i görmək istəyənlər üçün tur: Biletlərin qiyməti 105 min dollar

Böyük Britaniyanın “Blue Marble Private” şirkəti batmış “Titanik” gəmisinə enmə üzrə biletlərin satışına başlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, “Titanik”ə turizm turları 2018-ci idə başlayacaq. 8 günlük turizm marşrutu Kanadanın Nyufaundlend ərazisindən start götürəcək. Səyahətçilər buradan “Titanik”in qəzaya uğradığı yerə çatdırılacaq. Turistlər xüsusi titandan və karbon lifindən hazırlanmış batiskafda 3200 metrdən artıq dərinliyə enəcəklər. Ekzotik tur üçün biletin qiyməti 105 min dollar olacaq. İnflyasiya nəzərə alınmaqla, bu məbləğ “Titanik”in birinci sinif kayutası üçün biletin ilkin qiymətinə bərabərdir. “Titanik”ə birincə dəfə enmə üzrə boş yer qalmayıb, bütün biletlər satılıb. “Blue Marble Private” şirkətinin turları əfsanəvi gəminin qalıqlarını görmək üçün son imkanlardan biri olacaq. Belə ki, 2016-cı ildə alimlər gəminin qalıqlarını 15-20 il ərzində tam məhv etmək gücündə olan bakteriyalar- ekstremofillər aşkarlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top