ABŞ-dan müsəlman ölkələrinə yeni qadağa - SİYAHIda Türkiyə də var

ABŞ müsəlman ölkələrinə daha bir qadağa qoyub. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, bəzi müsəlman ölkələrinin vətəndaşlarına ABŞ-a uçarkən yanlarında telefondan başqa elektronik cihaz götürmək qadağan edilir. Belə ki, ABŞ-a uçuş zamanı kompyuter, kamera, "DVD player", planşet kimi cihazlar artıq təyyarənin salonuna buraxılmır. Sərnişinlər adı sadalanan cihazları yalnız yük bölməsi ilə özləri ilə apara bilərlər.

Qadağa aralarında Türkiyənin də olduğu bir sıra Yaxın Şərq və Afrika ölkələrini əhatə edir. Yeni qərar Detroyt, Çikaqo, Nyu-York, Montreal səfərlərinə tətbiq edilir. Qadağa bu gündən qüvvədədir.

Qeyd edək ki, ABŞ-ın bu qadağasına Böyük Britaniya da qoşulub. Birləşmiş Krallıq Türkiyə, Livan, İordaniya, Misir, Tunis və Səudiyyə Ərəbistanından həyata keçirilən uçuşlarda elektronik cihaz qadağasını tətbiq edəcəyini açıqlayıb.

Hər iki ölkə sözügedən qadağanın İŞİD terroristlərindən qorunmaq üçün tətbiq edildiyini açıqlayıb.

Qadağa hansı şəhərlərdə tətbiq edilir:

Laqos (Nigeriya) - "Arik Air"

Qahirə (Misir) - "Egyptair"

Dubay (BƏƏ) - "Emirates"

Addis Ababa (Efiopiya) - "Ethiopian"

Toqo - "Lome"

Əbu Dabi (BƏƏ) - "Etihad"

Küveyt - "Kuwait Airways"

Doha (Qətər) - "Qatar Airways"

Kasablanka (Mərakeş) - "Royal Air"

Oman- "Royal Jordanian"

Ciddə və Ər-Riyad (Səudiyyə Ərəbistanı) - "Saudia"

Yohannesburq(CAR) və Dakar (Seneqal) - "South African Airways"

DİGƏR XƏBƏRLƏR

Top