Çaylar canlı insan statusu aldılar

Hindistanın Uttarkxand ştatı Yamuna və Qanq çaylarını canlı məxluq kimi tanıyıb. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, məhkəmə hər iki çaya hüquqi haqlar verib. Bu o deməkdir ki, bundan sonra Yamuna və Qanq çaylarına canlı insanlar kimi münasibət göstərəcklər. Onların maraqlarını xüsusi seçilmiş insanlar təmsil edəcəklər. Məhkəmə artıq çayların nümayəndələrini təyin edib. Bunlar Qanqın məcrasının təmizlənməsi üzrə dövlət proqramının rəhbəri, Uttarkxand ştatının baş katibi və baş prokurorudur. Bundan başqa, məhkəmənin qərarı ilə çayların təmizlənməsi üzrə xüsusi orqan yaradılacaq. Qeyd edək ki, Qanq dünyanın ən böyük üçüncü çayıdır və hinduizmdə müqəddəs hesab edilir.

DİGƏR XƏBƏRLƏR

Top