Ukrayna Təhlükəsizlik Xidməti erməniəsilli Avroviziya iştirakçısından şübhələnir

Ukrayna Təhlükəsizlik Xidməti "Avroviziya 2017"-də Ermənistanı təmsil edəcək Artsvik Arytyunyanın fəaliyyətini yoxlayacaq. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, buna səbəb Arutyunyanın Rusiya tərəfindən işğal edilən Krıma qeyri-qanunu səfər etməsi ilə bağlı bəzi şübhəli məqamların olmasıdır. Məsələ ilə Ukrayna Daxili İşlər nazirinin məsləhətçisi Anton Geraşenko mətbuata açıqlamasında deyib: "Əgər Arutyunyanın Krima qeyri-qanuni səfər etməsi ilə bağlı şübhələr doğru çıxsa, onda onunla bağlı xüsusi qərar qəbul ediləcək. Ola bilməz ki, Krıma qeyri-qanuni səfər edənlərdən kiməsə qarşı güzəştə gedilsin. Arutyunyan da əgər qeyri-qanuni yollarla Krıma gedibsə ona da hər hansı güzəşt edilməyəcək"
Geraşenko qeyd edib ki, "Avroviziya2017"-də iştirak edəcək bütün iştirakçıların Krıma səfər edib etməməsi məsələsi ciddi şəkildə araşdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top