Ermənistanda etiraz yürüşü keçirilir

Ermənistanda keçiriləcək parlament seçkilər ərəfəsində siyasi gərginlik gündən-günə artmaqda davam edir. Bu müstəvidə də ötən həftə xəstəxanada vəfat edən və xalq arasında "çörək daşıyan" adı ilə tanınan Artur Sarkisyanla bağlı növbəti etiraz yürüşü başlayıb. "Yeniavaz.com"un news.am-a istinadən verdiyi məlumata görə, əllərində çiçəklər və gül çələngləri tutan yürüş iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər. Yürüş iştirakçıları Sarkisyanın ölümündə hökumət orqanlarını günahlandırırlar. Xatırladaq ki, ötən il Sarkisyan rejiminə qarşı üsyan qaldıran, ancaq hökumət qüvvələri tərəfindən mühasirəyə alınan bir qrup silahlı şəxsə qorxmadan çörək aparan Artur Sarkisyan buna görə həbs edilmişdi. Lakin o xəstəxanada ağır vəziyyətə dözməyərək aclıq elan etmişdi. Həbsxanadan buraxılandan sonra Sarkisyanın xəstəxanada əməliyyat masasında müəmmalı şəkildə ölməsi hökumətə qarşı yeni etiraz aksiyalarının başlamasına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top