Bolqarıstan və Türkiyə arasında gərginlik davam edir

Bolqarıstanın bəzi siyasi partiyaları Türkiyədə yaşayan ikili vətəndaşlığı olan şəxslərin Bolqarıstana gələrək səs verməsini istəmədiklərini bəyan edərək iki ölkə arasındakı bir neçə nəzarət-buraxılış məntəqələrində yolların qarşısını kəsiblər. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Bolqarıstanda keçiriləcək parlament seçkilərində türklərin qurduğu Haqq və Azadlıqlar Hərəkatı Partiyası ilə yanaşı, Məsuliyyət, Azadlıq və Tolerantlıq Partiyası da iştirak edəcəklər. Bolqarıstanın bəzi siyasi partiyalarından təşkil edilmiş qruplar avtomobil yolunda zəncir çəkiblər, təkərlərlə barikadalar qurublar. Bolqarıstan polisi ərazidə ciddi təhlükəsizlik tədbirləri görüblər. Etiraz aksiyası nəticəsində Bolqarıstandan Türkiyəyə nəqliyyat vasitələrinin hərəkətinə uzun müddət icazə verilməyib. Etirazçılar iddia ediblər ki, bu cür hərəkətlər ölkənin təhlükəsizliyinə təhlükə törədə, eləcə də səsvermə nəticələrinin saxtalaşdırımasına gəirib çıxara bilər.

Qeyd edək ki, martın 26-da Bolqarıstanda erkən parlament seçkiləri keçiriləcək. Daha əvvəl məlum olmuşdu ki, Türkiyə ərazisində yaşayan bəzi Bolqarıstan vətəndaşları Türkiyədə deyil, Bolqarıstanda səs verməyə üstünlük verib. Bu məqsədlə bəzi siyasi partiyalar nəqliyyat vasitəsi təşkil ediblər və artıq martın 21-də bir neçə avtobus İstanbuldan Bolqarıstanın şəhərlərinə yola düşüb. Ankara-Sofiya münasibətləri Bolqarıstanda keçiriləcək seçkilər ilə əlaqədar son bir neçə həftədir gərginləşib. İki ölkə arasındakı münasibətlər Sofiyanın Ankarayı Bolqarıstandakı seçkilərə müdaxilədə ittiham etməsi səbəbindən pozulmuşdu. Bu çərçivədə Bolqarıstanın Xarici İşlər Nazirliyi Ankaradakı səfiri Nadejda Neynskini məsləhətləşmələr üçün Sofiyaya çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top