Kreml Türkiyəyə taxıl satışı üzrə vəziyyəti şərh etdi

Taxıl bazarı təkcə Türkiyə ilə məhdudlaşmır, o, kifayət qədər geniş və sabitdir, buna görə də bir seqmentin bağlanması digərinə keçid anlamına gəlir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya Kənd Təsərrüfatı Nazirliyi yerli kənd təsərrüfatı istehsalçılarının maraqlarını qorumaq üçün enerjili işləyir: “Bilirsiniz ki, taxıl bazarı təkcə Türkiyə ilə məhdudlaşmayıb, o, kifayət qədər geniş, sabit və azad dünya bazarıdır. Bu bazarda bir seqmentin bağlanması o deməkdir ki, hansısa miqdar (taxıl) digər seqmentlərə keçəcək, bu, adi iqtisadi prosesdir”.

Xatırladaq ki, Türkiyə martın 15-də Rusiyanın kənd təsərrüfatı məhsullarını rüsumsuz idxal edən ölkələr siyahısından çıxarıb. Hazırda sonradan emal və ixrac üçün 130 faizlik rüsum ödəmədən rüsumsuz idxal üzrə ölkələrin siyahısında Rusiya və bir neçə ölkə yoxdur. Daha əvvəl rusiyalı ixracatçılar və onların türkiyəli müştəriləri sıfır rüsumla taxıl idxal edirdilər, lakin o, yalnız emal və sonradan ixrac etmək üçün tədarük edilirdi, daxili bazarda məhsulun reallaşdırılması üçün isə 130 faizlik rüsum ödəmək lazım idi. Türkiyə Misirdən sonra Rusiya taxılının həcmi ikinci idxalçısıdır.

DİGƏR XƏBƏRLƏR

Top